16 may 2020, 18:05

Rauf Rəhimovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə çətinliklərlə üzləşiblər. Sizin iqtisadi və siyasi sahələrdə yürütdüyünüz düzgün və məqsədyönlü siyasət, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaratdı. Əminik ki, dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Ölkə əhalisinə göstərdiyiniz maddi və mənəvi dəstəyə görə Sizə təşəkkür edirik.

Allah xalqımızı bəlalardan qorusun. Sizə uzun ömür, cansağlığı arzu edirik.

Hörmətlə,

Rəhimov Rauf İntiqam oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.