14 may 2020, 21:30

Vəfa Kərimovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Hazırda dünya gündəmini koronavirus pandemiyası zəbt edib. Pandemiyanın təsirinin minimuma endirilməsi üçün ölkəmizdə mühüm tədbirlər həyata keçirilir.

Cənab Prezident, Sizin rəhbərliyinizlə görülən işlər, aparılan mübarizə Azərbaycanın bu ağır sınaqdan az itki ilə çıxacağına əminlik yaradır.

Abşeronlu müəllim olaraq Sizin "Biz birlikdə güclüyük!" çağırışınıza qoşulur, xalqımıza göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Kərimova Vəfa Adil qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu.