12 may 2020, 17:15

Azadə Vəlizadə və başqalarından, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün cəmiyyətin bütün sağlam qüvvələri Sizin ətrafınızda sıx birləşib. Sizin əsas məqsədiniz insanları qorumaqdır. Bu həmrəylik və Sizin atdığınız qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz bu bəladan daha az itkilərlə çıxacaq. Mübarizə isə davam edir. Bu mübarizədə və yürütdüyünüz hərtərəfli siyasətdə Sizi tam dəstəkləyirik.

Sizin sayənizdə xalqımız özünü rahat və arxayın hiss edir. Biz inanırıq ki, Sizinlə daha uğurlu nəticələr əldə edəcəyik.

Sizə böyük uğurlar və bu uğurları əldə etmək üçün möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Vəlizadə Azadə

Ələsgərov Ceyhun

Nuriyev Araz

Azərbaycan Respublikası, Abşeron rayonu.