12 may 2020, 17:10

Samail Axundovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi hər gün televiziya ekranlarından izləyirəm. Çıxışlarınızı dinlədikcə insanda həyat eşqi artır, sabahlar daha ümidli, daha işıqlı görünür. Çıxışlarınızda qeyd ediriniz ki: “Mənim seçimim insanların sağlamlığıdır”. Bu sözləri hər bir vətəndaşı özünün doğması qədər sevən Prezident deyə bilər.

Mənim 75 yaşım var. Bu yaşımda hər gün qürur hissi keçirirəm ki, ömrümü Azərbaycanda yaşamışam. Allah Sizi qorusun. Sizə möhkəm cansağlığı, ağır və çətin günlərdə güc və qüvvət arzulayıram.

Hörmətlə,

Axundova Samail Muxtar qızı

Azərbaycan Respublikası, Abşeron rayonu.