Fərhad Qaraşovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Son dövrlərdə qlobal xarakter almış koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması istiqamətində atdığınız addımlar artıq öz müsbət nəticəsini göstərməkdədir. Heç şübhəsiz, Sizin təcili qərarlarınız xəstəliyin digər ölkələrdə törətdiyi fəsadların Azərbaycanda müşahidə olunmamasına zəmin yaratdı. Buna görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, pandemiyadan zərər çəkən sahibkarlara göstərdiyiniz yardım çərçivəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq təmsil etdiyimiz narçılıq sahəsində fəaliyyət göstərən 345 narçı fermer, istehsalçılar və ixracatçılar adından Sizə təşəkkürümüzü bildirir, Ulu Öndərin siyasətinin layiqli davamçısı olaraq Sizi dəstəkləyirik.
Möhtərəm cənab Prezident, məhz Sizin kənd təsərrüfatına göstərdiyiniz qayğının nəticəsidir ki, bu gün respublikamızda bu sahəyə böyük subsidiyalar ayrılır, təsərrüfat sahələri genişləndirilir, müasir texnoloji avadanlıqlardan istifadə daha da əlçatan olur. Məhz pandemiya dövründə də bu qayğını hiss etmək biz sahibkarlara işləmək üçün daha çox stimul verir.
Hörmətli Prezidentimiz, daim xalqımızın yanında olmağınız və göstərdiyiniz əvəzsiz dəstək bizi hər zaman qürurlandırır və bir daha doğru yolda olduğumuzu sübut edir.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri adından hörmətlə,
Qaraşov Fərhad Arif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.