09 may 2020, 15:00

Əli Xankişiyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin və Mehriban xanımın yorulmaz və qətiyyətli addımlarınız sayəsində dünyanı cənginə alan COVID-19 pandemiyasının təsiri ölkəmizdə çox az hiss olunur. Xalqımız əmindir ki, Sizin güclü iradəniz və uzaqgörən siyasətiniz sayəsində ölkəmiz bu bəladan az itkilərlə xilas olacaqdır. Biz də bu sahədə əlimizdən gələni əsirgəməyəcək, bir olacağıq. Sizin də söylədiyiniz kimi, "Biz birlikdə güclüyük!". Müqəddəs Ramazan ayı günlərində Uca Rəbbimizdən arzu edirəm ki, Sizin və Mehriban xanımın əziyyətinizi itirməsin. Allah Sizləri qorusun. Allah Azərbaycan xalqını qorusun.

Hörmətlə,

Xankişiyev Əli Bayram oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.