08 may 2020, 16:55

Günay Şahbazovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

COVID-19 pandemiyasının bütün inkişaf etmiş ölkələri öz ağuşuna aldığı bir vaxtda virusun qarşısını öncədən almaq məqsədilə gördüyünüz bütün tədbirləri alqışlayır və Sizə Abşeron rayonu Qobu qəsəbəsi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olaraq rəhbərlik etdiyim sinfin şagird və valideyn kollektivi, ümumiyyətlə ailəmiz adından təşəkkürümü bildirirəm. Sizin diqqət və qayğınızın nəticəsidir ki, biz bu gün evimizdə rahat oturaraq, şagirdlərimizə onlayn dərslər keçir, təhsildən geri qalmırıq. Ölkə əhalisinin sağlamlığı üçün gördüyünüz tədbirlər alqışalayiqdir. Biz çox şanslı insanlarıq ki, bizim bu cür qayğımıza qalan dövlət başçımız var. Tanrı Sizi qorusun.

Hörmətlə,

Şahbazova Günay.

Azərbaycan Respublikası, Abşeron rayonu.