28 aprel 2020, 12:40

Xəzər Babayevdən, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Sizin uzaqgörən və çevik qərarlarınızla dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür. Sizin tapşırıqlarınız əsasında dövlət və özəl sektora böyük dəstək verilir, məqsədyönlü yardım tədbirləri həyata keçirilir. Əminik ki, pandemiyadan zərər çəkən sahələrə göstərilən diqqət onların mövcud vəziyyətdən zərərsiz çıxmaları üçün həlledici rol oynayacaqdır.

Cənab Prezident, Xırdalan şəhərində yerləşən “Zirvə” liseyinə dövlət büdcəsindən ayrılmış maliyyə yardımına görə şirkətimizin kollektivi adından Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Apardığınız uğurlu siyasətinizi dəstəkləyir, ölkəmizdə həyatın tezliklə öz axarına düşəcəyinə və Azərbaycanın bu inkişaf yolunda daha böyük zirvələrə doğru uğurla addımlayacağına inanırıq.

Hörmətlə,

Babayev Xəzər, “Zirvə” liseyinin direktoru.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.