21 aprel 2020, 12:12

Naid Məmmədovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyanın bütün ölkələrinin çətin günlər yaşadığı bir dönəmdə Azərbaycan vətəndaşı olmaqdan qürur duyduq. Siz bizə dayaq, biz Sizə arxayıq. Bu çətin günlərdə heç bir Azərbaycan vətəndaşı darda qalmadı, dövlət onun qayğısını çəkdi.

Mən “Azəriqaz” İstehsalat Birliyində işləyirəm. Müəssisəmiz gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Görülən genişmiqyaslı tədbirlər nəticəsində respublikamızda demək olar ki, bütün sahələrdə iş davam etdirilir. Karantin rejimi səbəbindən işə çıxmayan insanlar da maaşlarını alırlar.

Sizin diqqət və qayğınız sayəsində bu ağır günlərdə heç bir çətinlik hiss etmədik. Buna görə Sizə təşəkkürümüzü bildiririk. Sizə və ailənizə cansağlığı arzulayırıq.

Hörmətlə,

Məmmədov Naid Məmməd oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.