15 aprel 2020, 15:00

Şahverdi Ağakişiyevdən, Abşeron, Azərbaycan

Cənab Prezident İlham Əliyev.

Sizin 2003-cü ildə prezident seçkilərindən dərhal sonra söylədiyiniz “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” ifadəniz indiyədək gördüyünüz işlərdə öz təsdiqini tapsa da, bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlər xalqımıza qarşı sevginizi bir daha özünü göstərdi. Ümumbəşəri bəla olan koronavirus pandemiyası qarşısında dünyanın inkişaf etmiş dövlətlərinin acız qaldığı bir vaxtda, Siz bu xəstəliyə qarşı tədbirləri çox məharətlə idarə edərək, xalqımızı epidemiyadan qorudunuz. Siz nəinki ölkəmizdə yaşayan vətəndaşlarımıza, həmçinin respublikamızdan kənardakı soydaşlarımıza da sahib çıxdınız. Görəsən, Sizin gördüyünüz işlərə kölgə salmaq istəyən bədxahlar indi xəcalət çəkirlərmi?

Bütün işlərinizə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ağakişiyev Şahverdi İslah oğlu, Qubadlı rayonunda məcburi köçkün.

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.