Yavər Səlimovdan, Abşeron, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bütün ölkələri lərzəyə salan koronovirus pandemiyasının qarşısının alınması istiqamətində verdiyiniz qabaqlayıcı göstərişlər nəticəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman kəsiyində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, hər şeyə rəğmən əhalinin sağlamlığının qorunması ön plana çəkilmişdir. Həmişə olduğu kimi, bu dəfə də Sizin uzaqgörənliyiniz sayəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bu pandemiyadan daha az itki ilə çıxmaq üçün əməli işlər görülmüşdür. Məhz bunun nəticəsi olaraq ölkəmiz ölüm və koronavirusa yoluxanların sayına görə dünya dövlətləri arasında sonuncu yerləri bölüşür.
Möhtərəm Prezident, işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Apardığınız həm xarici, həm daxili, həm də sosial-iqtisadi siyasət əməksevər və qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilmiş və bundan sonra da qiymətləndiriləcək.
Hörmətlə, Laçın rayonu, Köhnəkənd kənd sakinləri adından,
Səlimov Yavər Kamal oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu.