13 aprel 2020, 13:20

Həsənbala Sadıqov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

İnsanlığa təhlükə törədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə dünyanın əksər ölkələri aciz qalaraq kömək istəməyə məcbur oldular. Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən ölkə kimi nümunə göstərilir. Çünki Sizin müdrik idarəçiliyiniz sayənizdə ölkəmizdə bu bəlaya qarşı səmərəli tədbirlər görüldü, xalqın rifahı naminə mühüm addımlar atıldı.

Siz hər zaman Azərbaycan vətəndaşını qoruyursunuz, əsil rəhbər kimi hər birimizə dayaq, dəstək olmusunuz.

Azərbaycanın davamlı inkişafı və ölkəmiz üçün taleyüklü məsələlərin həllində Sizə bütün gəncəlilər adından uğurlar, ən əsası, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Sadıqov Həsənbala, professor

Yusifli Xəlil, Əməkdar elm xadimi

Allahverdiyev Sadiq

Hüseynova Sahilə

Qurbanova İlhamə.

 Azərbaycan Respublikası, Gəncə şəhəri.