13 aprel 2020, 13:00

Məzahir Əhmədov və başqalarından, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyada yayılmış koronovirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin epidemiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Açılışında iştirak etdiyiniz “Yeni klinika” tibb mərkəzini pandemiyaya qarşı mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqətinizin bariz nümunəsidir. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri də məhz Liderlə xalq arasında olan bağlılıqdır. Lider ən kritik məqamlarda öz xalqının, vətəndaş isə Liderinin yanındadır. Bir vətəndaş olaraq əminik ki, Sizin müdrik rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq. Ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir qrup Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Sizi, ailənizi və xalqımızı qorusun.

Dərin hörmətlə,

Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi üzrə filialının sədri Əhmədov Məzahir Saybalı oğlu

Quliyev Tuqay İmaməli oğlu

Şəhid ailəsi Abdullayeva Gülər Əmir qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad Gənclər şəhərciyi.