Aydın Kazımzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz gündəlik çoxşaxəli fəaliyyətinizlə kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.
Cənab Prezident, inanıram ki, görülən bu işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına dünyada tüğyan edən pandemiyanın ölkəmizdə daha geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan mümkün qədər az itkilərlə qurtula biləcəyik. Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını bir daha birliyə və həmrəyliyə dəvət edirəm. Biz birlikdə güclüyük!
Dərin minnətdarlıq hissi ilə,
Kazımzadə Aydın, Bakı Dövlət Universitetinin rektorunun müşaviri.
Azərbaycan Respublikası, Bakı şəhəri.