Marina Abdurahmanovadan, Kırıkkale, Türkiyə
Hörmətli cənab Prezident.
Mən Türkiyənin Kırıkkale şəhərində yerləşən universitetlərdən birinin tələbəsiyəm. Türkiyədə olan azərbaycanlı tələbələrin hər birinə alış-veriş üçün vəsaitin verilməsi bizə həm maddi, həm də mənəvi kömək oldu. Bu, Sizin sayənizdə mümkün olub, cənab Prezident. Belə çətin günlərdə bu qayğınız bizi çox sevindirdi. Qürbətdə olsaq da, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirdiniz. Çox qürurverici bir hissdir. Türkiyədə olan bütün tələbələrin adından Sizə təşəkkür edirəm. Nə yaxşı ki, varsınız, əziz Prezidentimiz!
Əminik ki, birgə səylər nəticəsində bu bəla da tarixə qovuşacaq, ölkəmiz bu çətin günləri minimum itki ilə başa vuracaq. Sizə sağlam həyat arzu edirəm.
Hörmətlə,
Abdurahmanova Marina Rəcəb qızı.
Türkiyə Respublikası, Kırıkkale şəhəri.