Elçin Əlibəylidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. Belə görünür ki, bu ağır sınaqdan çox az sayda dövlət üzüağ çıxacaq. İnanırıq ki, onlardan biri də Azərbaycan olacaqdır. Məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bəladan qorumağa imkan verir. Qısa zamanda bütün qurumları səfərbər edərək qabaqlayıcı tədbirlər görməyiniz, iştirakınızla yeni tibb ocağının və qoruyucu vasitələr üçün istehsal müəssisəsinin istifadəyə verilməsi, atdığınız bir çox digər addımlar xalqımızı sevdiyinizi, ona vicdanla xidmət etdiyinizi göstərir. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu bəladan maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Bu fəaliyyətinizə görə Sizə xüsusi minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.
Qürur duyuram ki, bu ölkənin vətəndaşıyam və Siz bizim Prezidentimizsiniz. Tanrıdan Sizə və vətəndaşlara bir ana kimi can yandıran, bütün diqqətini bu işə ayıran hörmətli Mehriban xanıma uzun ömür, cansağlığı arzulayıram.
Məhz Sizin rəhbərliyinizlə ölkəmizi, xalqımızı qarşıda xoş günlər gözləyir.
Dərin ehtiramla,
Əlibəyli Elçin, sənətşünaslıq üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.