08 aprel 2020, 17:00

Vüqar Mürsəlov və başqalarından, Salyan, Azərbaycan

Əziz Prezidentimiz.

Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Sizə təşəkkür edirik. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bəli, bu, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun.

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri adından dərin hörmətlə,

Mürsəlov Vüqar Həsənqulu oğlu

Muradov Sarxan Salman oğlu

Abbasov Zahir Abbas oğlu və başqaları

Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.