19 mart 2020, 15:15

Vəfa Kərimovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması Sizin yürütdüyünüz sosial siyasətin nəticəsidir. Bu sahədə aparılan islahatlar abşeronlular tərəfindən də yüksək qiymətləndirilir.

Rayonumuza ayırdığınız diqqət sayəsində burada bir sıra işlər görülüb. Su və kanalizasiya sistemləri yenidən qurulub, sosial obyektlər istifadəyə verilib, yol infrastrukturu yaxşılaşdırılmaqdadır. Sevindiricidir ki, yeni salınan yaşayış massivləri də diqqətdən kənarda qalmır. İnsanların firavan yaşayışı üçün zəruri işlər görülür.

Əziz Prezidentimiz, göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah işlərinizi avand eləsin.

Hörmətlə,

Kərimova Vəfa Adil qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi.