Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü olub

11 mart 2020, 11:40
Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü olub

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulandı, Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin mütəmadi həyata keçirildiyi qeyd olundu. Türkmənistan Prezidentinin səfəri çərçivəsində 20-yə yaxın sənədin imzalanacağı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə Türkmənistana səfəri zamanı 20-dən artıq ikitərəfli sənədin imzalandığı vurğulandı və bununla da ikitərəfli müqavilə-hüquq bazasının genişləndiyi bildirildi. Azərbaycan və Türkmənistan xalqlarının ortaq etnik kökə, mədəniyyətə və ənənələrə malik olduqları vurğulandı.

Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təsisatlarda sıx əməkdaşlıq etdiyinin vurğulandığı görüşdə diqqətə çatdırıldı ki, ölkələrimiz daim bir-birlərinin təşəbbüslərinə dəstək göstərirlər.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və nəqliyyat daşımalarının artması məmnuniyyətlə qeyd olundu.

Söhbət zamanı Xəzər dənizinin Azərbaycan və Türkmənistanı birləşdirən məkan olduğu bildirildi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyəti vurğulandı.

Görüş çərçivəsində enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı.

gallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 31 mart 2025
14:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını...

31 mart 2025, 14:15
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 30 mart 2025
15:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını...

30 mart 2025, 15:19
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 29 mart 2025
17:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə...

29 mart 2025, 17:50