İlham Əliyev İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb

20 fevral 2020, 21:45
İlham Əliyev İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinə dəvət olunmasına görə təşəkkürünü ifadə etdi. Dövlətimizin başçısı bildirdi ki, səfər çərçivəsində bu gün imzalanan və sabah imzalanacaq sənədlərin sayı 25-dən çoxdur. İmzalanan sənədlər içərisində “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Bu bəyannamə təsdiq edir ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. İtaliya iqtisadi sahədə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Səfər çərçivəsində keçiriləcək biznes forumda aparılacaq müzakirələr və əldə olunacaq razılaşmalar ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasına təkan verəcək. Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 92 faizi məhz Azərbaycanın payına düşür. Hazırda Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollardan artıqdır. TAP layihəsinin başa çatmasından sonra bu rəqəmin daha da artması gözlənilir. TAP layihəsi vasitəsilə Azərbaycan təbii qazı İtaliya bazarına daxil olacaq.

Dövlətimizin başçısı bildirdi ki, parlamentlərarası əlaqələr əməkdaşlığımızda çox mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirildi. Azərbaycan və İtaliya parlamentləri beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İtaliyanın mövqeyini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamədə İtaliyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına ifadə olunan dəstəyinin, münaqişənin BMT və ATƏT-in müvafiq sənədləri əsasında həllinə dair mövqeyinin təqdir olunduğunu qeyd etdi. Həmçinin İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək dəyərləndirildi.

Deputatlar Palatasının sədri Roberto Fiko Azərbaycan ilə İtaliya arasında əlaqələrin dostluq xarakteri daşıdığını qeyd etdi. O, Azərbaycanın İtaliyanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğuladı. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına və dərinləşməsinə ciddi təkan verəcəyini bildirdi.

Dövlətimizin başçısı Roberto Fikonu Azərbaycana səfərə dəvət etdi. Deputatlar Palatasının sədri münasib vaxtda ölkəmizə səfər etmək arzusunda olduğunu dedi. O, əminliyini bildirdi ki, sabah keçiriləcək biznes forum, imzalanacaq sənədlər İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək. Deputatlar Palatasının sədri qeyd etdi ki, İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakı onların texniki biliklərinin ölkəmizə ötürülməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42