19 fevral 2020, 11:00

Emin Çarçıyevdən, Xırdalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında erməni baş nazirinə verdiyiniz layiqli və tutarlı cavablar hər bir vətənpərvər gənci, hər bir vətənpərvər Azərbaycan vətəndaşını çox sevindirdi. Sizinlə qürur duyduq, cənab Prezident. Biz gənclər hər zaman Sizin ətrafınızda sıx yumruq olaraq birləşmişik və hər zaman Sizinləyik, cənab Ali Baş Komandan.

Cənab Prezident, öz adımdan və ailəmin hər bir üzvü adından Sizə cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun.

Hörmətlə,

Xırdalan şəhər sakini

Emin Carçıyev

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.