29 dekabr 2019, 15:30

Leyla Heydərovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın bütün bölgələrinə göstərdiyiniz diqqət və qayğı Abşeron rayonundan da yan keçməmişdir. Rayonumuzda infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər, su və kanalizasiya xətlərinin çəkilməsi, sosial obyektlərin tikilməsi insanların firavanlığına xidmət edir. Elə təkcə yaşadığım Masazır qəsəbəsinin əvvəlki vəziyyəti ilə indiki görünüşünü göz önünə gətirdikdə nə qədər böyük işlərin görüldüyünü insan bir daha dərk edir. Əhaliyə əziyyət verən o yararsız yollardan, gölməçələrdən, yarımtikililərdən əsər-əlamət belə qalmayıb. Onların yerini geniş və rahat yollar, hündür və yaşayış üçün hər bir şəraiti olan binalar tutub.

Cənab Prezident, “Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 16 dekabr tarixli Sərəncamınız da bu işlərin davamıdır və gələcəyə inamla baxmağa əsas verir. Bütün bunlara görə rayon sakinləri adından Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Heydərova Leyla Mirəli qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.