Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

02 avqust 2019, 17:55

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 687; 2004, № 7, maddə 505; 2006, № 3, maddə 223; 2010, № 11, maddə 936; 2013, № 5, maddə 464; 2014, № 11, maddə 1334; 2015, № 10, maddə 1083; 2018, № 6, maddə 1189; 2019, № 3, maddə 386; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1541-VQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 93-cü maddəsində “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 479; 2003, № 1, maddə 8; 2004, № 2, maddə 57; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 6, maddə 460; 2009, № 2, maddə 43, № 10, maddə 769; 2014, № 5, maddə 462; 2015, № 4, maddə 361; 2017, № 12 (I kitab), maddə 2203; Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanunu) 34-cü maddəsinin üçüncü hissəsində “təbabəti” sözü “xidməti” sözü ilə əvəz edilsin.

Maddə 3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508 nömrəli, 29 mart tarixli 1550-VQD və 1552-VQD nömrəli qanunları) 22.0.19-cu maddəsində “təbabəti” sözü “xidməti” sözü ilə əvəz edilsin.

Maddə 4. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682; 2007, № 12, maddə 1218; 2008, № 2, maddə 49, № 5, maddə 344; 2009, № 12, maddələr 948, 968; 2014, № 10, maddə 1151; 2018, № 4, maddə 640, № 12 (I kitab), maddə 2490) aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 6.0.8-1-ci və 7.1-1-ci maddələr əlavə edilsin:

“6.0.8-1. epizootiya monitorinqinin aparılması qaydasını müəyyən etmək;”;

“7.1-1. Dövlət baytarlıq xidməti aşağıdakıları əhatə edir:

7.1-1.1. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması sahəsində xidmətlərin həyata keçirilməsini;

7.1-1.2. heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə bağlı xidmətlərin təşkili və göstərilməsini;

7.1-1.3. heyvanların sağlamlığının qorunması ilə bağlı tədbirlərin görülməsini, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması üçün dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını;

7.1-1.4. xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatının yaradılmasını, büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;

7.1-1.5. epizootiya əleyhinə hazırlanan tədbirlər planına dair təkliflərin verilməsini və icrası ilə bağlı tədbirlərin görülməsini.”;

4.2. 11-ci maddə üzrə:

4.2.1. 11.1-ci maddəyə “dair” sözündən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə)” sözləri əlavə edilsin;

4.2.2. 11.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.2.9 – 11.2.12-ci maddələr əlavə edilsin:

“11.2.9. baytarlıq preparatlarının aprobasiyasını, ekspertizasını, sınağını, dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını;

11.2.10. heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını;

11.2.11. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy verilməsini;

11.2.12. dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq sənədlərinin yoxlanılmasını və onlara baxış keçirilməsini.”;

4.3. 13.1.5-ci maddəyə “ödənilməklə” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə edilsin;

4.4. 14.1-ci maddənin birinci cümləsinə “qaydada” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri əlavə edilsin;

4.5. 15-ci maddə üzrə:

4.5.1. 15.1-ci maddəyə “tranziti” sözündən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri əlavə edilsin;

4.5.2. 15.2.3-cü maddəyə “keçirilməsini” sözündən sonra “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri əlavə edilsin;

4.6. 16.2-ci maddəyə “nəzarətini” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

4.7. 19.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“19.0.5. istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək;”;

4.8. 21-ci maddə üzrə:

4.8.1. 21.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Heyvanlarda xüsusi təhlükəli xəstəliklər aşkar edilərsə və ya belə xəstəliklərin baş verməsi təhlükəsi yaranarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə dərhal məlumatlandırılır.”;

4.8.2. 21.2-ci maddənin birinci cümləsinə “qərarı ilə” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə edilsin;

4.8.3. 21.4-cü maddəyə “qanunla müəyyən edilmiş qaydada” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə” sözləri əlavə edilsin;

4.8.4. 21.5-ci maddənin birinci cümləsinə “məqsədilə” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə” sözləri əlavə edilsin;

4.9. 24.1-ci maddəyə “qanunla müəyyən olunmuş qaydada” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə edilsin;

4.10. 26-cı maddə üzrə:

4.10.1. adı aşağıdakı redaksiyada verilsin:

“Heyvanların identikləşdirilməsi (kodlaşdırılması) və heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı”;

4.10.2. 26.2-ci maddədə “Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin” sözləri “Heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin” sözləri ilə əvəz edilsin;

4.11. 36-cı maddə üzrə:

4.11.1. 36.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.11.2. 36.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştammlarının Milli Kolleksiyada saxlanmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verilir.”;

4.11.3. aşağıdakı məzmunda 36.6-cı maddə əlavə edilsin:

“36.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) baytarlıq sahəsində elmi tədqiqatların təşkili və nailiyyətlərinin tətbiqi məqsədilə tədbirlər həyata keçirir.”;

4.12. 38-ci maddə ləğv edilsin;

4.13. 39-cu maddə üzrə:

4.13.1. 39.2-ci maddədə “aşağıdakı tədbirlər” sözləri “aşağıdakı baytarlıq xidməti və nəzarəti tədbirləri” sözləri ilə əvəz edilsin;

4.13.2. 39.2.2-ci maddədə “, heyvandarlıq müəssisələrinin, bazarların, dövlət baytarlıq nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerlərinin, həmçinin” sözləri “və” sözü ilə əvəz edilsin;

4.13.3. aşağıdakı məzmunda 39.5-ci maddə əlavə edilsin:

“39.5. Bu Qanunun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

Maddə 5. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 700; 2013, № 3, maddə 206, № 11, maddə 1293; 2014, № 11, maddə 1367; 2016, № 7, maddə 1238; 2017, № 5, maddə 714) 6.0.4-cü maddəsində “təbabətində” sözü “xidmətində” sözü ilə əvəz edilsin.

Maddə 6. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanunu) 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 20-ci maddəsində “təbabəti” sözü “xidməti” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07