“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

11 iyun 2019, 22:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 89; 2008, № 6, maddə 487; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1354) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi” sözləri “fəaliyyətinin təmin edilməsi” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissənin ikinci abzasından “və işçilərin say həddini” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilsin.”;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.4.1. 1-ci bənd üzrə:

1.4.1.1. birinci abzasda “respublikada yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun olaraq hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin müəyyən edilməsində” sözləri “Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında” sözləri ilə əvəz edilsin;

1.4.1.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir.”;

1.4.1.3. bənd 1.1-ci bənd hesab olunsun;

1.4.2. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Komissiyanın müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.”;

1.4.3. 2-ci bənd 1.2-ci bənd, 4-cü bənd 1.6-cı bənd hesab edilsin;

1.4.4. aşağıdakı məzmunda 1.4-cü və 1.5-ci bəndlər əlavə edilsin:

“1.4. Komissiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Komissiyanın saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.”;

1.4.5. I hissə “1” ərəb rəqəmi ilə nömrələnsin;

1.4.6. II hissə aşağıdakı redaksiyada verilsin:

“2. Komissiyanın vəzifələri

2.0. Komissiyanın vəzifələri aşağıdakılardır:

2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək;

2.0.2. fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şuraları (bundan sonra – dissertasiya şuraları) yaratmaq, həmin şuralarda müdafiə hüququ verilən ixtisasların siyahısını müəyyənləşdirmək;

2.0.3. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin təklifləri əsasında elmi dərəcələr verilən ixtisasların pasportlarını hazırlamaq;

2.0.4. elm sahələri üzrə ekspert şuraları yaratmaq;

2.0.5. dissertasiya şuralarının və ekspert şuralarının fəaliyyətinə nəzarət etmək;

2.0.6. xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını nostrifikasiya və ya şəxslərin təkrar attestasiyası əsasında həyata keçirmək;

2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək;

2.0.8. xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin nostrifikasiyası və ya xarici ölkələrdə elmi dərəcə və (və ya) elmi ad almış şəxslərin təkrar attestasiyası əsasında şəhadətnamələr vermək;

2.0.9. elmi dərəcə və elmi adlar verilməsinə dair tələblərin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək;

2.0.10. elmin inkişaf istiqamətlərini nəzərə alaraq, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlanmasının tənzimlənməsi və səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;

2.0.11. informasiya texnologiyalarının tətbiqini genişləndirməklə elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi tədqiqatlar haqqında müfəssəl məlumat bazasının formalaşdırılması, analitik-statistik hesabatların keyfiyyətinin yaxşılaşdırılması məqsədilə vahid elektron informasiya sistemi yaratmaq;

2.0.12. Azərbaycan Respublikasında müdafiə olunmuş dissertasiyaların uçotu və onların ümumiləşdirilmiş təhlili əsasında illik hesabatlar hazırlamaq, dissertasiyaların nəticələrindən irəli gələn dövlət əhəmiyyətli məsələlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

2.0.13. attestasiya və akkreditasiya işlərinin, habelə fəaliyyət istiqamətləri üzrə digər sənədlərin arxivini (o cümlədən elektron arxivini) yaratmaq və saxlanmasını təmin etmək;

2.0.14. dissertasiyaların və avtoreferatların tərtibinə və dissertasiya mövzusu üzrə dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən Azərbaycan Respublikasının dövri elmi nəşrlərinə, o cümlədən elektron nəşrlərinə dair tələbləri, həmçinin dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) siyahısını müəyyən etmək;

2.0.15. məzmununda dövlət sirri təşkil edən məlumatların olduğu dissertasiyalara və avtoreferatlara dair tələbləri müəyyən etmək;

2.0.16. elmi müəssisələrdə (təşkilatlarda) elmi fəaliyyətin təşkilinin və idarə edilməsinin, onların maddi-texniki bazasının, infrastrukturunun, elmi proqramlarının, elmi tədqiqatlarının nəticə və səmərəliliyinin, kadr potensialının, maliyyə resurslarının müvafiq normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməklə, həmin müəssisələrin (təşkilatların) akkreditasiyasını keçirmək;

2.0.17. akkreditasiyadan keçmiş elmi müəssisələrə (təşkilatlara) akkreditasiya haqqında şəhadətnamə vermək;

2.0.18. elmi dərəcə və elmi ad iddiaçılarının təqdim etdikləri dissertasiyaların əsas elmi nəticələrinin dərc olunduğu dövri elmi nəşrlərdə, müdafiə edilmiş dissertasiya işlərində, monoqrafiya və dərsliklərdə, tədris-metodiki işlərdə, yaradıcılıq əsərlərində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə aşkar edildiyi halda zəruri tədbirlər görmək;

2.0.19. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elmi dərəcədən və elmi addan məhrum etmək və onları bərpa etmək;

2.0.20. dövlət elmi attestasiyası və akkreditasiyası üzrə vahid elektron informasiya sistemi yaratmaq və təkmilləşdirmək;

2.0.21. yüksəkixtisaslı elmi və elmi-pedaqoji işçilər və elmi tədqiqatlar haqqında elektron məlumat bankı yaratmaq və mütəmadi olaraq onu yeniləmək;

2.0.22. müdafiə edilmiş dissertasiya işlərinin təhlilini aparmaq, dissertasiya işlərində şərh olunmuş elmi nəticələrin praktikada tətbiqi imkanlarına dair tövsiyələri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;

2.0.23. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

2.0.24. Komissiyanın informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

2.0.25. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

2.0.26. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

2.0.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

2.0.28. digər dövlət orqanlarının, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

2.0.29. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

2.0.30. müvafiq sahədə onun səlahiyyətinə aid edilmiş dövlət nəzarətini və dövlət monitorinqini həyata keçirmək, hüquqmüəyyənedici sənədlər vermək;

2.0.31. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.”;

1.4.7. III hissə ləğv edilsin;

1.4.8. IV hissə 3-cü hissə hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

“3. Komissiyanın hüquqları

3.0. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır:

3.0.1. Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

3.0.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.0.3. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

3.0.4. fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

3.0.5. bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.0.6. elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində elmi və elmi-pedaqoji işçilərin attestasiyasının təşkilinə elmi-metodiki kömək göstərmək;

3.0.7. elmi dərəcə və elmi ad iddiaçılarını, elmi rəhbər və elmi məsləhətçiləri, dissertasiya şuralarının sədrlərini, rəsmi opponentləri Komissiyaya dəvət etmək;

3.0.8. elmi dərəcə və elmi adlar verilməsi üçün Komissiyada baxılan dissertasiya işlərinin və sənədlərin, elmi müəssisələrin (təşkilatların) akkreditasiya sənədlərinin ekspertizasına, habelə dissertasiya şuralarının fəaliyyətinin yoxlanılmasına yüksəkixtisaslı mütəxəssisləri cəlb etmək;

3.0.9. yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlara tələbatın mövcud elmi potensiala uyğun proqnozlaşdırılmasında iştirak etmək və aidiyyəti üzrə təkliflər vermək;

3.0.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.0.11. bülletenlər və digər nəşrlər buraxmaq;

3.0.12. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

3.0.13. aidiyyəti dövlət qurumlarının və təşkilatların mütəxəssislərini cəlb etməklə, komissiyalar, koordinasiya və ekspert şuraları, işçi qruplar yaratmaq, müvafiq sahəyə dair metodiki materiallar və tövsiyələr hazırlamaq;

3.0.14. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.0.15. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.”;

1.4.9. V hissə “4” ərəb rəqəmi ilə nömrələnsin;

1.4.10. 8-ci bənd üzrə:

1.4.10.1. ikinci abzasda “onun funksiyalarının həyata keçirilməsi üçün şəxsi” sözləri “hüquqların həyata keçirilməsi üçün şəxsən” sözləri ilə əvəz edilsin;

1.4.10.2. üçüncü abzasa aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Sədr müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

1.4.10.3. bənd 4.1-ci bənd hesab olunsun;

1.4.11. 9-cu bənd 4.2-ci bənd hesab olunsun və aşağıdakı redaksiyada verilsin:

“4.2. Komissiyanın sədri:

4.2.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

4.2.2. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komissiyanın Aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

4.2.3. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Komissiyanın digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

4.2.4. Komissiyanın Aparatının işçilərini, o cümlədən Komissiyanın Aparatının struktur bölmələrinin rəhbərlərini, onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Komissiyanın təsis etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;

4.2.5. Komissiyanın Aparatının struktur bölmələrinin əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 4.5-ci və 4.7-ci bəndlərində Komissiyanın Rəyasət Heyətinin və Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərarlar qəbul edir;

4.2.6. Komissiyanın Rəyasət Heyətinə və Kollegiyasına sədrlik edir;

4.2.7. Komissiyanın Rəyasət Heyətinə Komissiyanın ekspert şuralarının və dissertasiya şuralarının tərkibi barədə təkliflər verir;

4.2.8. Komissiyanın Rəyasət Heyətinin və Kollegiyasının protokollarını və qərarlarını, əmr və sərəncamları, diplom, attestat, şəhadətnamə və onların dublikatlarını imzalayır;

4.2.9. Komissiyanın ekspert şurası üzvlərinin və ekspertizaya cəlb olunan digər rəyçilərin əməyinin ödənilməsini təmin edir;

4.2.10. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Komissiyanı təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

4.2.11. Komissiyaya həvalə edilmiş məsələlərlə bağlı müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir;

4.2.12. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

4.2.13. Komissiyanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.2.14. bu Əsasnaməyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.”;

1.4.12. 10-cu bənd 4.3-cü bənd hesab olunsun və ikinci abzasında “və attestatları” sözləri “, attestat, şəhadətnamə və onların dublikatlarını” sözləri ilə əvəz edilsin;

1.4.13. 11-ci bənd 4.4-cü bənd hesab olunsun və ikinci abzasında “İcra Aparatının” sözləri “Administrasiyasının” sözləri ilə əvəz edilsin;

1.4.14. 12-ci bənd 4.5-ci bənd hesab olunsun və aşağıdakı redaksiyada verilsin:

“4.5. Komissiyanın Rəyasət Heyəti:

4.5.1. Komissiya sədrinin təqdimatı əsasında Komissiyanın Kollegiyasının tərkibini təsdiq edir;

4.5.2. dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatı və ekspert şuraları haqqında əsasnaməni təsdiq edir;

4.5.3. dissertasiya şuralarının və elm sahələri üzrə ekspert şuralarının tərkibini təsdiq edir və zəruri hallarda onların tərkibini yeniləyir;

4.5.4. dissertasiya şuralarında müdafiə hüququ verilən ixtisasları təsdiq edir;

4.5.5. dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən Azərbaycan Respublikasının dövri elmi nəşrlərinə, o cümlədən elektron nəşrlərinə dair tələbləri müəyyənləşdirir, həmin dövri elmi nəşrlərin siyahısını təsdiq edir və yeniləyir;

4.5.6. dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) siyahısını təsdiq edir və yeniləyir;

4.5.7. dissertasiya və avtoreferatların tərtibinə dair tələbləri təsdiq edir;

4.5.8. elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturunu təsdiq edir və yeniləyir;

4.5.9. elmi dərəcələr verilən ixtisasların pasportlarını təsdiq edir və yeniləyir;

4.5.10. mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahəsində elmi-pedaqoji kadrlara elmi adların verilməsi üçün əsas götürülən əhəmiyyətli nailiyyətlərin siyahısını müəyyən edir;

4.5.11. dissertasiya şuralarının elmi dərəcələr verilməsi haqqında vəsatətlərinə baxır və qərar qəbul edir;

4.5.12. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuralarının elmi adlar verilməsi haqqında vəsatətlərinə baxır və qərar qəbul edir;

4.5.13. xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin nostrifikasiyası və xarici ölkələrdə elmi dərəcə və (və ya) elmi ad verilmiş şəxslərin təkrar attestasiyası ilə bağlı məsələlərə baxır və qərar qəbul edir;

4.5.14. dissertasiya və ekspert şuralarının işinə nəzarət edir, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və təcrübənin ümumiləşdirilməsi məqsədilə onların rəhbərlərinin hesabatlarını dinləyir;

4.5.15. dissertasiyaların müdafiəsinin keçirilməsi qaydası pozulduğu hallarda xüsusi qərarlar qəbul edir, o cümlədən dissertasiya şuralarının qərarlarını ləğv edir və ya onların fəaliyyətini dayandırır;

4.5.16. müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə aşkar edildikdə, həmin materialların qiymətləndirilməsi qaydasını müəyyən edir;

4.5.17. elmi dərəcədən və elmi addan məhrumetmə və onların bərpası barədə qərar qəbul edir;

4.5.18. elmi müəssisələrin (təşkilatların) akkreditasiyasının nəticələrinə dair qərar qəbul edir;

4.5.19. ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şurası olmadıqda müvafiq dissertasiya şurasının müəyyən edilməsi və təşkili ilə bağlı məsələləri həll edir;

4.5.20. dissertasiyanın müzakirəsi və müdafiəsi üçün dissertasiya şurasına təqdim olunan sənədlərin siyahısını təsdiq edir;

4.5.21. dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın fəaliyyətinin təşkili qaydasını müəyyən edir;

4.5.22. elmi dərəcə və elmi adlar verilməsinə dair vəsatətlərin tərtib olunması qaydasını və vəsatətlərə əlavə olunan sənədlərin siyahısını müəyyən edir;

4.5.23. iddiaçının ərizəsinə əsasən onun dissertasiyasına baxılmasının dayandırılması haqqında qərar qəbul edir;

4.5.24. Komissiyanın qərarlarından dissertasiya şuralarının, elmi şuraların, iddiaçıların və başqa şəxslərin Komissiyanın Rəyasət Heyətinə etdikləri şikayətlərə baxır və qərar qəbul edir;

4.5.25. dissertasiyaların müdafiəsi, elmi dərəcə və elmi adların verilməsi, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ilə bağlı Komissiyanın səlahiyyətlərinə aid olan digər məsələlərə baxır.”;

1.4.15. 13-cü bənd 4.6-cı bənd hesab olunsun və aşağıdakı redaksiyada verilsin:

“4.6. Komissiyanın Rəyasət Heyətinin və Kollegiyasının iclasları Komissiyanın sədri, sədr olmadıqda isə vəzifə bölgüsünə əsasən Komissiya sədrinin müavini tərəfindən çağırılır və ayda bir dəfədən az olmayaraq keçirilir.”;

1.4.16. 14-cü bənd 4.7-ci bənd hesab olunsun və aşağıdakı redaksiyada verilsin:

“4.7. Komissiyanın Kollegiyası:

4.7.1. Komissiyanın sədrindən (Kollegiyanın sədri), sədr müavinlərindən, Komissiyanın Aparat rəhbərindən və baş elmi katibdən, habelə Komissiyanın digər əməkdaşlarından ibarət tərkibdə yaradılır;

4.7.2. Komissiyanın cari fəaliyyəti ilə bağlı məsələləri, Komissiyanın Aparatının struktur bölmələrinin rəhbərlərinin hesabatlarını dinləyir və Komissiya sədrinin zəruri hesab etdiyi hallarda müvafiq qərarların və təlimatların layihələrini müzakirə edir;

4.7.3. fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı verilməsi haqqında vəsatətlərə, xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası və xarici ölkələrdə fəlsəfə doktoru elmi dərəcəsi və (və ya) dosent elmi adı verilmiş şəxslərin təkrar attestasiyası məsələlərinə baxır və qərar qəbul edir;

4.7.4. iddiaçının ərizəsinə əsasən fəlsəfə doktoru dissertasiyasına baxılmasının dayandırılması haqqında qərar qəbul edir;

4.7.5. öz səlahiyyətlərinə aid məsələlərə dair Komissiyanın Rəyasət Heyəti qarşısında vəsatət qaldırır;

4.7.6. fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı verilməsi, xarici ölkələrdə verilmiş fəlsəfə doktoru diplomunun və dosent attestatının nostrifikasiyası və xarici ölkələrdə fəlsəfə doktoru elmi dərəcəsi və (və ya) dosent elmi adı almış şəxslərin təkrar attestasiyası məsələləri ilə bağlı şikayətlərə baxır və qərar qəbul edir.”;

1.4.17. 15-ci bənd 4.8-ci bənd hesab olunsun;

1.4.18. 16-cı bənd ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inzibati bina ilə təmin olunması və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün tədbirlər görsün;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12