Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

17 aprel 2019, 16:55

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12, (I kitab), maddə 2472) aşağıdakı məzmunda 233-4-cü maddə əlavə edilsin:

“Maddə 233-4. Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili

233-4.1. Telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda –

cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

233-4.2. Eyni əməllər:

233-4.2.1. təkrar törədildikdə;

233-4.2.2. xeyli miqdarda ziyan vurmaqla törədildikdə;

233-4.2.3. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

233-4.3. Bu Məcəllənin 233-4.1-ci və 233-4.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

233-4.3.1. külli miqdarda ziyan vurmaqla törədildikdə;

233-4.3.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 233-4.1-ci maddəsində “müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.

2. Bu Məcəllənin 233-4.1-ci maddəsində “əhəmiyyətli zərər” dedikdə, dövlət təhlükəsizliyinə təhdid yaradan zərərin vurulması, yaxud fiziki və ya hüquqi şəxslərə on min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyan vurulması başa düşülür.

3. Bu Məcəllənin 233-4.2.2-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 233-4.3.1-ci maddəsində “külli miqdar” dedikdə yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

SƏNƏDLƏRFərmanlar22 may 2019
20:43
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1533-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respubl...

22 may 2019, 20:43
SƏNƏDLƏRQanunlar22 may 2019
20:40
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təs...

22 may 2019, 20:40
SƏNƏDLƏRSərəncamlar22 may 2019
20:34
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1570-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ...

22 may 2019, 20:34
SƏNƏDLƏRSərəncamlar22 may 2019
20:25
“Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanununun ləğvi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1546-VQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanununun ləğvi barədə”...

22 may 2019, 20:25
SƏNƏDLƏRSərəncamlar22 may 2019
20:21
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1551-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası...

22 may 2019, 20:21
SƏNƏDLƏRQanunlar22 may 2019
20:19
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aşağıdakı məcəllələrini “Peşə təhsili haqqında” Azərbaycan R...

22 may 2019, 20:19
SƏNƏDLƏRSərəncamlar22 may 2019
19:52
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununun qüvvəyə m...

22 may 2019, 19:52