Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

10 aprel 2019, 17:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanının icrası ilə bağlı qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 568 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.33-1-ci bənd əlavə edilsin:

“11.33-1. tabeliyində olan qurum vasitəsilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirir, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edir;”.

2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664, № 9, maddə 1486; 2018, № 11, maddə 2237) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin;

2.2. 4.1-ci bənd ləğv edilsin;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” üzrə:

2.3.1. 3.3-cü bənddə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin;

2.3.2. 3.6.1-ci yarımbənddə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin elektron portalında” sözləri “elektron portalda” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 27-ci hissə ləğv edilsin;

3.2. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” hissəsinin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:

“3. “Aqrar tədarük və təchizat” ASC-nin göstərdiyi xidmətlər”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20
SƏNƏDLƏR Sərəncamlar 04 iyun 2025
12:36
Quba rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137...

04 iyun 2025, 12:36