İlham Əliyev Rusiya Yəhudi Konqresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

08 mart 2019, 11:15
İlham Əliyev Rusiya Yəhudi Konqresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı və bunu yüksək qiymətləndirdi.

Azərbaycanda ayrı-ayrı xalqların və dini icmaların əsrlər boyu bir ailə kimi yaşadıqlarını deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımi şəraitin mövcud olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi.

SƏNƏDLƏR Sərəncamlar 23 avqust 2026
15:47
Ş.M.Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Respubl...

23 avqust 2026, 15:47