İlham Əliyev Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını “İgidliyə görə” medalı ilə təltif edib

01 fevral 2019, 15:45
İlham Əliyev Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını “İgidliyə görə” medalı ilə təltif edib

Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşları ilə görüşüblər.

Dövlət başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.

Şirinov qardaşlarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Vətənə xoş gəlmisiniz. Sizi təbrik edirəm. Çox böyük şücaət göstərmisiniz. Köməksiz vəziyyətdə olan insanları xilas etmisiniz. Öz həyatınızı risk altına salmısınız. Bu, doğrudan da çox böyük əks-səda doğurub. Əlbəttə ki, sizin bu qəhrəmanlığınız Azərbaycan xalqı haqqında daha da dolğun təsəvvür yaradılmasına xidmət göstərir. Doğrudan da xalqımızı ləyaqətlə təmsil etmisiniz. Mən sizi dəvət etdim və sizi dövlət mükafatı ilə - “İgidliyə görə” medalı ilə təltif edirəm.

Sonra Prezident İlham Əliyev medalları təqdim etdi.

Daha sonra Şirinov qardaşları hadisə barədə danışdılar.

Umud ŞİRİNOV dedi:

-Biz işdən qayıdırdıq, yolda yük maşınının qoşqusu aşmışdı, amma elə bildik ki, yolu tutmayıb. Yaxınlaşanda gördük ki, artıq gecdir, yol təmiz tutulmuşdu. Biz birtəhər keçdik, az qala özümüz də qəzaya düşmüşdük. Biz yanan “KİA” maşınını görməmişdik. Biz avtomobilimizi saxlayıb buraya yığılmış adamlara iradımızı bildirdik ki, niyə xəbərdaredici nişan qoymamısınız. Heç yarım dəqiqə keçməmişdi ki, mən uşaq səsi eşitdim. Yolun kənarı çox çökəklik idi, görünmürdü. Uşaq səsi eşidəndə baxıb gördüm ki, bir maşın yanır, səs də oradan gəlir. Artıq salon təmiz yanmışdı. Dedim bəs niyə dayanmısınız? Dedilər ki, qapıları aça bilmədik, maşına baxdıq, qazla işləyir, qaz balonu var, partlaya bilər, cəhd edə bilmədik, məsləhət görmürük. Biz də qapını aça bilmədik, sonradan sürücü özü bizə dedi ki, uşağa görə qapıların mərkəzi qıfılını bağlayıbmış. Biz maşının qapılarını heç cür aça bilmədik. Gördük maşın təmiz yanır. Uşağın atası və anası yıxılı vəziyyətdə idi. Üç yaşlı uşaq qışqırırdı. Biz avtomobilin yük yerinin qapısını qırdıq, uşağı və anasını çıxardıq. Biz tələsir, ehtiyat edirdik ki, qaz balonu partlaya bilər. Mən uşağı çıxaranda kömək istədim. Yolda 25-30 nəfər dayanmışdı. Kömək istədim, heç kim yaxın durmadı. Mən qardaşıma dedim ki, bizim də övladımız var, indicə balon partlayacaq. Alovun ona çatmasına bir qarış qalıb. Sürücü komada idi, tərpənmirdi, oturacaqların arasında sıxılmış vəziyyətdə qalmışdı. Biz oturacaqları qırdıq. Sağ olsun qardaşım, dedi ki, gəl risk edək, onu da çıxaraq. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da deyirdi ki, xahiş edirəm atamı da xilas edin. Artıq biz özümüz haqqında düşünmürdük, həyatımızı riskə qoyub kişini də çıxardıq. Bundan dəqiqə yarım sonra qaz balonu partladı.

Prezident İlham ƏLİYEV: Siz doğrudan da qəhrəmanlıq göstərmisiniz. Mən bunu eşidəndə dedim ki, mütləq sizi dəvət etsinlər, görüşək, mən sizi “İgidliyə görə” medalı ilə təltif edim.

Şirinov qardaşları: Çox sağ olun, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sizin kimi gənclər bizim fəxrimizdir.

Şirinov qardaşları: Siz də bizim fəxrimizsiniz.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42