İlham Əliyevin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

22 noyabr 2018, 10:00
İlham Əliyevin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Sonra Azərbaycan və Türkmənistan prezidentləri süvari dəstənin müşayiəti ilə Oğuzxan adına saray kompleksinə gəldilər.

Prezidentlər rəsmi foto çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 03 iyun 2025
17:23
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

03 iyun 2025, 17:23