İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

12 noyabr 2018, 10:30
İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi və bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev tədbir iştirakçılarının Azərbaycana gəlişinin ölkəmizi daha da yaxından tanıması və uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Ölkəmizə səfərinin onun üçün çox xoş olduğunu bildirən Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridi Azərbaycan tərəfinin bu tədbirlərin təşkilinə böyük dəstək göstərdiyinə görə təşəkkürünü ifadə etdi. O, tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin və ictimai xadimlərin iştirakının əhəmiyyətini vurğuladı.

Kreyq Ridi azərbaycanlı həmkarları ilə dopinq əleyhinə mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını deyərək, Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılmasını dopinq əleyhinə mübarizə işində irəliyə doğru çox mühüm addım kimi dəyərləndirdi. O qeyd etdi ki, Azərbaycanın mühüm idman dövləti və güclü antidopinq təşkilatına malik olduğu nəzərə alınaraq bütün bu işlər mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılması işində Kreyq Ridinin rəhbərlik etdiyi Ümumdünya Antidopinq Agentliyinin dəstəyinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanda iki il bundan öncə belə bir qurumun yaradılmasının idmanın, Olimpiya hərəkatının inkişafında mühüm addım olduğunu vurğuladı və eyni zamanda, bunu idman sahəsində beynəlxalq əməkdaşlığa töhfə kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizdə Milli Antidopinq Agentliyinin beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərdiyini və tam akkreditə olunduğunu dedi. Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlər və eləcə də keçirilməsi nəzərdə tutulan 15-ci Avropa Olimpiya Gənclər Festivalı Azərbaycanın bu sahədə əməkdaşlıq siyasətini və imkanlarını nümayiş etdirir. Dövlətimizin başçısı ölkəmizin idman sahəsində böyük nailiyyətlər əldə etməsini, o cümlədən idmançılarımızın Rio Olimpiadasında 18 medal qazanaraq medalların sayına görə 14-cü yeri tutduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın antidopinq məsələləri ilə bağlı Ümumdünya Antidopinq Agentliyi ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyinə əminliyini ifadə etdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 oktyabr 2026
15:36
“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair ə...

07 oktyabr 2026, 15:36
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 oktyabr 2026
15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçili...

07 oktyabr 2026, 15:30
SƏNƏDLƏR Müraciətlər 07 oktyabr 2026
09:55
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

İtkin düşmü...

07 oktyabr 2026, 09:55
SƏNƏDLƏR Qanunlar 06 oktyabr 2026
17:12
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (A...

06 oktyabr 2026, 17:12