İlham Əliyev Lerik rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur

25 iyun 2010, 13:39
İlham Əliyev Lerik rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur.

Xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərini müalicə və müayinə üçün başqa yerlərə getməkdən azad edir. Burada yaradılan lazımi şərait qonşu rayonların sakinlərinə də tibbi xidmət göstərməyə imkan verir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42