Masallı Sənaye Məhəlləsinin açılışında İlham Əliyevin nitqi

18 sentyabr 2018, 12:30
Masallı Sənaye Məhəlləsinin açılışında İlham Əliyevin nitqi

Bu gün Masallı rayonunun həyatında əlamətdar bir gündür. Biz Masallı Sənaye Məhəlləsinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Burada çalışan insanlara, sahibkarlara, fəhlələrə uğurlar arzulamaq istəyirəm. Çox gözəl hadisədir. Bu təşəbbüs Masallı rayonunun sənaye potensialının möhkəmlənməsinə xidmət göstərəcək. Burada hazırda 200 iş yeri var, bundan sonra isə daha çox iş yeri yaradılacaq.

Biz indi Sənaye Məhəlləsinin birinci mərhələsini işə salırıq. Ərazi kifayət qədər genişdir və gələcəkdə burada əlavə korpuslar tikiləcək. Mən əminəm ki, burada minlərlə insan işlə təmin olunacaq və eyni zamanda, biz idxaldan asılılığı da azaldacağıq.

Ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Artıq həyat bunu göstərir. Bir neçə rayonda belə məhəllələr, sənaye parkları yaradılıb, o cümlədən Masallı rayonunda. Biz bundan əvvəl Sumqayıtda, Mingəçevirdə, Neftçalada belə mərkəzlərin açılışını qeyd etmişik, bu gün isə Masallıda. Hacıqabul və Sabirabad rayonlarında sənaye zonalarının yaradılması prosesi gedir. Bu, ilk növbədə, dövlətin siyasətini göstərir. Çünki dövlət buraya əsas vəsaiti qoyan tərəfdir. Həm yerin seçilməsi, bütün infrastrukturun, kommunikasiyaların yaradılması, sənaye və ofis binalarının tikintisi dövlət hesabına həll olunur. Bu, dövlətin sahibkarlara böyük dəstəyidir. Sahibkarlar da öz tərəfindən sərmayə gətirərək avadanlıq alırlar, işi düzgün təşkil edirlər və fəaliyyətə başlayırlar. Əgər biz bu təşəbbüsə start verməsəydik yəqin ki, bu müəssisələr də yaradılmazdı. Hazırda Masallıda bu istiqamətdə işlər yaxşı gedir.

Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görüləcəkdir.

Bakı və Sumqayıt şəhərləri Cənubi Qafqazın əsas sənaye şəhərləridir. Bu il Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Bir neçə ay bundan əvvəl onlardan birinin - polipropilen zavodunun açılışı olmuşdur, polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Bu iki zavodun sərmayə həcmi 800 milyon dollardan çoxdur. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur. Əgər biz vaxtilə o böyük ərazini orada olan yararsız vəziyyətə düşmüş binalardan təmizləməsəydik, sahibkarlara bu şəraiti yaratmasaydıq, dövlət vəsaiti qoyulmasaydı 2 milyard dollar vəsait də qoyulmazdı.

Ona görə bu gün Masallıda həyata keçirilən bu gözəl layihə göstərir ki, Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır, çox düzgün addımlar atılır, iş yerləri, yerli istehsal yaradılır və idxaldan asılılıq azalır. Bu gün mənə göstərilən müəssisələrin fəaliyyəti məhz bu məqsədi güdür. İdxaldan asılılıq azalır, yerli istehsal yaradılır, vergilər ödəniləcək və insanlar işlə təmin olunacaqlar. Azərbaycanda əhali artır. Masallı da əhali baxımından ən böyük rayonlarımızdan biridir, ona görə yeni iş yerlərinin yaradılması prosesi daim getməlidir.

Masallı rayonuna həmişə böyük diqqət göstərilmişdir. Bu, mənim Prezident kimi Masallı rayonuna 10-cu səfərimdir. Bütün səfərlər zamanı biz çox önəmli obyektlərin, layihələrin açılışını qeyd etmişik, o cümlədən bu gün. Masallıda infrastruktur layihələrinin icrası uğurla gedir. Qazlaşdırma 100 faizə yaxınlaşır və əminəm ki, gələn il bütün yaşayış məntəqələri və bütün sakinlər qazla tam təmin olunacaqlar. Bu, tarixi nailiyyət olacaq. Çünki Masallıda əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi. Heç şəhərin böyük hissəsi qazla təmin edilmirdi, o ki qaldı, kəndlərə, ümumiyyətlə, qaz yox idi. İndi biz 100 faizə yaxınlaşırıq. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır, yeni yarımstansiyalar tikilir ki, Masallı sakinləri dayanıqlı enerji ilə təmin edilsinlər. Mən 2016-cı ildə burada olarkən biz şəhərin içməli su layihəsinin açılışını qeyd etdik. Hesab edirəm ki, bu da tarixi hadisədir. Masallı şəhəri tam, ən yüksək standartlara cavab verən içməli su ilə təmin edilib. İndi kəndlərin su problemləri öz həllini tapır.

Digər infrastruktur layihələrinə gəldikdə, yol tikintisi, xüsusilə kənd yollarının tikintisi uğurla gedir. Mənə verilən məlumata görə, kənd yollarının təxminən 85 faizi yenidən qurulub. Əminəm ki, növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə də kənd yolu qalmayacaq. Masallı şəhərinin küçələrinin yenidən qurulması üçün mənə rayondan müraciət edilib və müraciətə müsbət reaksiya verilib. Əminəm ki, yaxın gələcəkdə şəhərin bütün küçələri də ən yüksək səviyyədə yenidən qurulacaqdır. Yol infrastrukturuna gəldikdə, onu da bildirməliyəm ki, bu gün Bakı-Astara magistral yolunun açılışı olmuşdur. Bu da tarixi layihədir. Çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol çox keyfiyyətlidir, ən yüksək dünya standartlarına cavab verir və məsafə baxımından Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır. Çünki yeni yol xətti salınıb. Əvvəllər o yerlərdə bataqlıq olubdur və artıq yeni yol şəhərlərə girmir, - nə Biləsuvar, nə də Masallı şəhərlərinə, - yeni bir istiqamətlə düz sərhədə qədər gedir. Əlbəttə, Masallı rayon sakinləri də hesab edirəm ki, bunu çox yüksək qiymətləndirəcəklər. Çünki magistral yolla, xüsusilə yük maşınlarının gecə-gündüz o tərəf-bu tərəfə işləməsi insanları narahat edirdi, müəyyən təhlükə yaradırdı.

Bu, infrastruktur layihələri ilə bağlı olan işlərdir. Sosial məsələlər Masallı rayonunda uğurla həll olunur. Mən bütün açılışları yaxşı xatırlayıram. Mərkəzi rayon xəstəxanasının əsaslı təmirdən sonra açılışı, göz xəstəxanasının, olimpiya kompleksinin, gənclər evinin, “ASAN xidmət” mərkəzinin açılışları – bütün bunlar çox önəmli layihələrdir. Cənub zonasında birinci “ASAN xidmət” məhz Masallı şəhərində yaradılıb və mən iki il bundan əvvəl açılışda iştirak etmişəm. Mənə verilən məlumata görə, Masallı sakinləri və qonşu rayonlardan gələn vətəndaşlar xidmətin işini yüksək qiymətləndirirlər.

Beləliklə, hesab edirəm ki, biz Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bütün əsas işləri görmüşük. Əlbəttə, görüləsi işlər hələ çoxdur. Baxmayaraq ki, 40-dan çox məktəb tikilib və əsaslı təmir edilib, hələ də təmirə ehtiyacı olan məktəblər kifayət qədər çoxdur, onları da biz həll edəcəyik. Əsas odur ki, bütün məsələlər həll olunur, yerlərdən gələn təkliflərə müsbət baxılır. Biz gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramını qəbul edəcəyik və yerlərdən gələn təkliflər əlbəttə ki, proqramın tərtibatında mühüm rol oynayacaq. Ona görə sakinləri narahat edən məsələlər mütləq məruzə edilsin, bizə göndərilsin ki, növbəti proqramda bu günə qədər həll olunmayan bütün məsələlər öz əksini tapsın.

Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.

SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28