XƏBƏRLƏR
10 may 2025
12:40
12:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında aparılan abadlıq işləri və rayonda icra olunan layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.