İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib

02 sentyabr 2018, 20:40
İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.

Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşıladılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo