Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib

12 avqust 2018, 19:20

Aktauda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

x x x

Bununla da Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb.