Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası

01 may 2018, 17:58

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 1 may tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Ümumi müddəa

Bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə Fond tərəfindən təminat (bundan sonra – zəmanət) verilməsi ilə bağlı ümumi məsələləri müəyyən edir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. zəmanət – borcalan tərəfindən ipoteka krediti üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində ipoteka predmetinin hərrac vasitəsilə satışından əldə edilən vəsait müvəkkil bankın bu Qaydaya əsasən ipoteka ilə təmin edilmiş tələbinin ödənilməsinə kifayət etmədikdə, yaranan fərqin (xalis zərərin) Fond tərəfindən müvəkkil banka ödənilməsi öhdəliyi;

2.1.2. zəmanət məbləği – zəmanət müqaviləsinə uyğun olaraq Fondun müvəkkil bank (benefisiar) qarşısında pul ilə ifadə olunan öhdəliyinin yuxarı həddi;

2.1.3. zəmanət müqaviləsi – ipoteka krediti üzrə zəmanət verilməsi, zəmanət haqqının ödənilməsi və zəmanət üzrə öhdəliyin icrası ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fond, müvəkkil bank və borcalan arasında bağlanan müqavilə;

2.1.4. zəmanət haqqı – zəmanətlə əlaqədar borcalanın ödəməli olduğu məbləğ. Zəmanət haqqının həcmini Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunan müvafiq qaydaya əsasən Fondun İdarə Heyəti müəyyən edir;

2.1.5. baş zəmanət sazişi – ipoteka kreditləri üzrə zəmanət verilməsi və zəmanət üzrə öhdəliklərin icra edilməsi ilə bağlı qarşılıqlı münasibətlərin tənzimlənməsinə dair Fond və müvəkkil bank arasında bağlanan müqavilə.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda (bundan sonra – İpoteka kreditinin verilməsi Qaydası) müəyyən edilmiş mənaları ifadə edir.

3. Zəmanət verilməsi şərtləri

3.0. Fond tərəfindən ipoteka krediti üzrə zəmanət aşağıdakı ümumi tələblərlə verilir:

3.0.1. zəmanət yalnız İpoteka kreditinin verilməsi Qaydasının tələblərinə cavab verən ipoteka krediti üzrə verilməlidir;

3.0.2. zəmanət verilən ipoteka kreditinin məbləğinin ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən kreditin verilmə tarixinə müəyyən edilən qiymətinə nisbəti 60 faizdən az, 85 faizdən isə çox olmamalıdır;

3.0.3. zəmanət üzrə ödənişin maksimum həddi xalis zərər məbləği ilə məhdudlaşdırılır və bu məbləğ borcalana verilən kredit məbləğindən çox olmamalıdır;

3.0.4. müvəkkil bankın ipoteka ilə təmin edilən tələbi ipoteka krediti üzrə əsas borcdan, borcalanın ipoteka krediti üzrə öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi günündən etibarən ən çoxu 24 ay müddətinə hesablanmış faizlərdən və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin əvəzinin ödənilməsindən ibarət olmalıdır;

3.0.5. ipoteka predmetinin satış üsulu kimi yalnız hərrac seçilməlidir.

4. Zəmanətlər üzrə Ehtiyat Fond

4.1. Zəmanət üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Fondun balansında Zəmanətlər üzrə Ehtiyat Fond (bundan sonra – Ehtiyat Fond) yaradılır.

4.2. Ehtiyat Fondun vəsaitlərinin həcminin Fondun zəmanət verdiyi ipoteka kreditlərinin əsas borc üzrə qalıq məbləğlərinə nisbətinin minimum həddini Fondun Himayəçilik Şurası müəyyən edir.

4.3. Fondun Nizamnaməsinə uyğun olaraq Fondun mənfəəti bölüşdürülərkən, Ehtiyat Fondun bu Qaydanın 4.2-ci bəndində müəyyən edilən minimum həddi nəzərə alınır.

4.4. Ehtiyat Fondun vəsaitlərindən və Fond tərəfindən yığılan zəmanət haqları üzrə vəsaitlərdən Fondun Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə istifadə edilə bilər.

4.5. Zəmanət üzrə öhdəliklərin icrası aşağıdakı mənbələr hesabına müvafiq növbəlilik qaydasında təmin edilir:

4.5.1. zəmanət haqları hesabına yaradılmış ehtiyatlar;

4.5.2. Ehtiyat Fondun vəsaitləri.

4.6. Ehtiyat Fondun vəsaitlərindən zəmanət üzrə öhdəliklərin icrasının təmin edilməsindən başqa digər məqsədlər üçün xərclənməsinə yol verilmir.

5. Zəmanət verilməsi

5.1. Fondla müvəkkil bank arasında baş zəmanət sazişi bağlandıqdan sonra, müvəkkil bank ipoteka krediti almaq istəyən şəxsin ərizəsi əsasında həmin ipoteka krediti üzrə zəmanət verilməsi üçün Fonda müraciət edə bilər.

5.2. Zəmanət verilməsi “Elektron ipoteka və kredit zəmanət” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçirilir.

5.3. Zəmanət İpoteka kreditinin verilməsi Qaydasının 4.4-cü və 4.7-ci bəndləri ilə müəyyən edilmiş sənədlər əsasında verilir.

5.4. İpoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq qiymətləndirmə aktı elektron sistemdə yerləşdirildikdən sonra müvəkkil bank təqdim edilən sənədlər əsasında 1 iş günü müddətində zəmanət verilməsi üçün Fonda müraciət edir.

5.5. Fond müvəkkil bankın müraciəti daxil olduğu tarixdən 5 iş günü müddətində zəmanət verilməsi barədə razılıq və ya əsaslandırılmış imtina haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə və müvəkkil banka bildirilməklə, elektron sistemdə yerləşdirilir.

5.6. Fond tərəfindən razılıq haqqında qərar qəbul edildikdən sonra İpoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq kreditin verilməsi və zəmanətin rəsmiləşdirilməsi (zəmanət müqaviləsinin bağlanması, zəmanət haqqının ödənilməsi və s.) həyata keçirilir.

5.7. Zəmanət verilmiş ipoteka krediti üzrə borcalanın ödənişləri Fond tərəfindən ilk növbədə zəmanət haqqının ödənilməsinə yönəldilir.

6. İpoteka kreditinin restrukturizasiyası

6.1. Zəmanət verilmiş ipoteka krediti üzrə öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsindən əvvəl Fond və müvəkkil bank tərəfindən ipoteka kreditinin restrukturizasiyası imkanları araşdırılmalıdır.

6.2. Fondun zəmanət verdiyi ipoteka krediti yalnız Fondun razılığı ilə restrukturizasiya oluna bilər.

6.3. Zəmanət verilmiş ipoteka krediti üzrə öhdəliyin restrukturizasiyası İpoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq həyata keçirilir.

7. Zəmanət üzrə öhdəliyin icrası

7.1. Borcalan tərəfindən ipoteka krediti üzrə öhdəliyin icra edilməməsi hallarında müvəkkil bank ipoteka predmetinə tutmanın yönəldilməsi prosesinə başlayır.

7.2. Müvəkkil bank hərracın keçirilməsinə ən azı 10 gün qalmış ipoteka predmetinin hərracda satılmasına və hərracın keçirilməsi barədə elana dair Fonda bildiriş göndərir. Bildirişdə hərracın keçirilmə yeri və tarixi barədə məlumat verilir.

7.3. Hərracın nəticələrinə əsasən müvəkkil banka xalis zərər dəydikdə, müvəkkil bank zəmanət üzrə ödənişin aparılmasına dair bildirişi və xalis zərərin təsdiq edilməsi ilə bağlı tələb olunan sənədləri Fonda təqdim edir.

7.4. Təqdim edilmiş sənədlər əsasında Fond tərəfindən 10 gün müddətində zəmanət üzrə ödənişin həyata keçirilməsinə dair razılıq və ya əsaslandırılmış imtina haqqında qərar qəbul edilir. Həmin qərar qəbul edildiyi gün borcalana və müvəkkil banka bildirilir.

7.5. Razılıq haqqında qərar qəbul edildiyi təqdirdə, Fond zəmanət üzrə ödənişin məbləğini hesablayır. Zəmanət üzrə ödənişin məbləğinin hesablanması zamanı, Fond müvəkkil bankın bu Qaydanın 3.0.4-cü yarımbəndi ilə müəyyən edilmiş və yalnız sənədlə təsdiq edilmiş tələblərini nəzərə alır. Fond zəmanət üzrə ödənişin hesablanmış məbləğini razılıq haqqında qərar qəbul edildiyi gündən 5 iş günü müddətində müvəkkil banka ödəyir.

7.6. Zəmanət üzrə ödəniş bu Qaydanın 4.5-ci bəndində müəyyən edilmiş mənbələr hesabına aparılır.

7.7. Aşağıdakı hallarda Fond zəmanət üzrə ödənişin həyata keçirilməsindən imtina edir:

7.7.1. bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmədikdə;

7.7.2. ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasına müvəkkil bank tərəfindən əməl edilmədikdə və ya saxtakarlıq halları müəyyənləşdirildikdə və bu, məhkəmə qərarı ilə təsdiq edildikdə;

7.7.3. xalis zərər müvəkkil bankın və ya borcalanın qəsdən xalis zərərin yaranmasına yönəldilmiş hərəkətlərinin nəticəsi olduqda və bu, məhkəmə qərarı ilə təsdiq edildikdə;

7.7.4. baş zəmanət sazişi və ya zəmanət müqaviləsində müəyyən edilən digər hallarda.

8. Zəmanət üzrə öhdəliyə xitam verilməsi

8.1. Aşağıdakı hallarda zəmanət üzrə öhdəliyə xitam verilir:

8.1.1. müvəkkil banka dəymiş xalis zərər Fond tərəfindən ödənildikdə və ya zəmanət üzrə ödənişin həyata keçirilməsindən imtina edildikdə;

8.1.2. əsas borc üzrə qalığın ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən kreditin verilmə tarixinə müəyyən edilən qiymətinə nisbəti 50 faizə çatdıqda;

8.1.3. ipoteka predmetinin satışından əldə edilən vəsait müvəkkil bankın bu Qaydaya əsasən ipoteka ilə təmin edilən tələbini tam ödədikdə.

8.2. Aşağıdakı hallarda Fond tərəfindən zəmanət üzrə öhdəliyə vaxtından əvvəl xitam verilir:

8.2.1. sığorta müqavilələri üzrə sığorta hadisələrinin baş verməsi nəticəsində həyata keçirilən sığorta ödənişləri müvəkkil bankın bu Qaydaya əsasən ipoteka ilə təmin edilən tələbini tam ödədikdə;

8.2.2. ipoteka kreditinin onun verilmə tarixinə İpoteka kreditinin verilməsi Qaydasına uyğun olmadığı aşkar edildikdə;

8.2.3. qanunda göstərilən əsaslar üzrə ipoteka müqaviləsi etibarsız sayıldıqda;

8.2.4. Fondun yazılı razılığı olmadan ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə;

8.2.5. ipoteka predmeti məhv olduqda, həmçinin üzərində mülkiyyət hüququ digər hallarda itirildikdə və ya zədələnmə nəticəsində ipoteka predmeti öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə;

8.2.6. baş zəmanət sazişi və ya zəmanət müqaviləsində müəyyən edilən digər hallarda.

8.3. Fond zəmanət üzrə öhdəliyə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul etdikdə, bu barədə borcalana və müvəkkil banka 3 iş günü müddətində bildiriş göndərir.

8.4. Bu Qaydanın 8.1-ci və 8.2-ci bəndlərinə əsasən zəmanət üzrə öhdəliyə xitam verildikdə, Fonda ödənilmiş zəmanət haqları geri qaytarılmır.

SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54
SƏNƏDLƏR Fərmanlar 04 fevral 2025
15:35
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...

04 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:42
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə...

03 fevral 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 03 fevral 2025
15:40
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...

03 fevral 2025, 15:40