İlham Əliyev Kubanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

07 dekabr 2016, 10:25
İlham Əliyev Kubanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev  Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.

Səfir Alfredo Nieves Portuondo fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Alfredo Nieves Portuondo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Kuba inqilabının rəhbəri Fidel Kastronun vəfatı ilə bağlı bir daha Azərbaycan xalqı adından başsağlığı verdi və bu hadisənin ölkəmizdə dərin kədər hissi ilə qarşılandığını bildirdi. Azərbaycanda Fidel Kastroya böyük rəğbət bəsləndiyini bildirən Prezident İlham Əliyev Kuba xalqının bu dərin hüzn günlərində Kuba inqilabının rəhbərinin xatirəsinə göstərdiyi hörməti həmrəylik hissinin nümayişi kimi dəyərləndirdi.

Bu gün ölkələrimiz arasında siyasi, humanitar, idman sahələrində artıq yaxşı münasibətlərin formatının qurulduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Kuba ilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında və eləcə də səhiyyə sahəsində əməkdaşlıqda maraqlı olduğunu dedi. Prezident İlham Əliyev qeyd etdi ki, turizm sahəsində də əməkdaşlıq üçün yaxşı potensial mövcuddur. Kubada turizm biznesi çox fəal inkişaf edir və artıq bir çox Azərbaycan vətəndaşları Kubaya səfər edir, istirahətə gedir. Biz istəyirik ki, kubalılar da ölkəmizə gəlsin və Azərbaycanla yaxından tanış olsunlar.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Alfredo Nieves Portuondo Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığına, onun xatirəsinə göstərilən ehtirama və Kuba xalqı haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirdi. Ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğuladı. O, dövlətimizin başçısını əmin etdi ki, diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı üçün səylərini əsirgəməyəcək.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2026
16:19
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”,...

15 aprel 2026, 16:19
SƏNƏDLƏR Qanunlar 15 aprel 2026
16:18
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 16-cı və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin...

15 aprel 2026, 16:18
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2026
16:17
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının...

15 aprel 2026, 16:17