15:05

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada aparılan tikinti işlərinin gedişi ilə maraqlanmış, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskizi və inşası üçün nəzərdə tutulan yerlə tanış olmuşlar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə dövlətimizin başçısına məlumat vermişdir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə tamamilə fərqlənəcəkdir. İnşaat işləri başa çatdıqdan sonra binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaqdır. Dövlətimizin başçısı və xanımı inşaat işlərinin gedişi ilə bir daha yaxından tanış oldular, binanın üst görünüşündə asılacaq milli ornamentlərlə bəzədilmiş lövhələrə baxmışlar. Prezident İlham Əliyev inşaat işlərinin yüksək standartlara uyğun surətdə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
Daha sonra dövlətimizin başçısı və xanımı yaxınlıqdakı “Venesiya şəhərciyi” adlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olmuşlar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihə barədə Azərbaycan Prezidentinə və xanımına məlumat vermişdir. Eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notlarının əks olunduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olduqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin inşası üçün nəzərdə tutulan əraziyə baxmışlar.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40