İlham Əliyev Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 31-54 kilometrlik hissəsinin açılışında iştirak edib

03 sentyabr 2016, 18:10
İlham Əliyev Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 31-54 kilometrlik hissəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev sentyabrın 3-də Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 23,4 kilometrlik (31-ci kilometrdən 54,4-cü kilometrədək) hissəsinin açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, magistralın Ələt-Masallı hissəsinə daxil olan Yenikənd-Salyan layihəsi üzrə tender keçirilib və 2014-cü ilin mayında tenderin qalibi “EVRASCON-AzWirt” birgə müəssisəsi ilə podrat müqaviləsi imzalanıb. Birinci texniki dərəcəli yolun eni 26,5 metrdir. Dörd hərəkət hissəsinin və çiyinlərin hər birinin eni 3,75 metrdir. Avtomobillərin hərəkətinin tənzimlənməsi məqsədilə kifayət sayda yol təhlükəsizlik dirəyi və müxtəlif yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətləri çəkilib. Magistral boyunca iki yeni körpü və bir tunel inşa olunub.

Sonra Prezident İlham Əliyevə Kür çayı üzərində salınmış yeni körpü haqqında məlumat verildi. Bildirildi ki, körpünün uzunluğu 363 metr, yanalma yolları ilə birlikdə 1,4 kilometr, eni isə 30 metrə yaxındır. Körpüdə hər birinin eni 3,75 metr olan dörd hərəkət zolağı var. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.

Prezident İlham Əliyev yolun və körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 02 sentyabr 2026
11:24
“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına

Hörmətli Konfrans iştirakçıları,

Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.

Artıq ...

02 sentyabr 2026, 11:24
SƏNƏDLƏR Məktublar 02 sentyabr 2026
11:12
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

Zati-aliləri,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

İqtisadi inkişafın təmin edilməsi, əh...

02 sentyabr 2026, 11:12
XƏBƏRLƏR Tədbirlər 31 avqust 2026
14:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Liderlər 8 avqust 2025-ci il tarix...

31 avqust 2026, 14:55