İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatmışdır

09 iyun 2010, 13:40

Prezident İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatmışdır.

İstanbulun Atatürk Beynəlxalq hava limanında Azərbaycan Prezidentini Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X

Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır.


Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.