İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşmüşdür

08 iyun 2010, 16:10
İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşmüşdür

İstanbulda, “Çırağan” sarayında Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu.

Dövlət başçıları siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.