15:30
Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
25 may 2016, 18:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 358-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş (bundan sonra — Saziş) üzrə Podratçılara məxsus olan iştirak paylarının onlar tərəfindən satılması niyyətini, beynəlxalq təcrübəyə uyğun şəkildə aparılmış qiymətləndirmə nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu, yuxarıda adıçəkilən yataqların daha səmərəli idarə edilməsinin zəruriliyini, qeyri-neft sənayesinin, o cümlədən, metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəfləri, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, Saziş üzrə Podratçı tərəflərə məxsus iştirak paylarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirlər görsünlər və görülən tədbirlərin nəticələri haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Saziş üzrə Podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Sazişin 26.6-cı maddəsinə uyğun olaraq Sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görsün.
4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və səmərəli idarə olunmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2016-cı il.
15:30
15:15
15:00
15:48
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il ...
27 fevral 2021, 15:4815:45
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda...
27 fevral 2021, 15:4515:40
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Q...
27 fevral 2021, 15:4013:05
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun...
27 fevral 2021, 13:0516:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və...
26 fevral 2021, 16:3510:55
10:30
17:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 263-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan...
25 fevral 2021, 17:5016:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər ...
25 fevral 2021, 16:30