İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanov ilə görüşmüşdür

07 iyun 2010, 17:40
İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanov ilə görüşmüşdür

İstanbulda Prezident İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Makedoniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirildi. Ölkələrimiz arasında müəyyən oxşar cəhətlərin olduğunu vurğulayan dövlət başçıları iqtisadiyyat, turizm və digər sahələrdə əməkdaşlığın faydalı olacağını və əlaqələri inkişaf etdirməyin məqsədəuyğunluğunu bildirdilər.

Makedoniya Prezidenti ölkəsinin Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək arzusunda olduğunu bəyan etdi.

Görüşdə ölkələrimizin müəyyən məsələlərdə bir-birinə dəstək verdiyi də qeyd olundu.

SƏNƏDLƏR Sərəncamlar 05 oktyabr 2024
13:19
2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”...

05 oktyabr 2024, 13:19