İstanbulda Azərbaycan ilə Türkiyə arasında sənədlərin imzalanması mərasimi olmuşdur

07 iyun 2010, 16:10
İstanbulda Azərbaycan ilə Türkiyə arasında sənədlərin imzalanması mərasimi olmuşdur

İstanbulda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında sənədlərin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın idarə heyətinin sədri Fazil Şenel imzaladılar.

Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannaməni, Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız imzaladılar.

İmzalanma mərasimi başa çatdıqdan sonra fotoşəkil çəkdirildi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00