İlham Əliyev Pakistan Senatının müdafiə komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

01 noyabr 2015, 16:30

Prezident İlham Əliyev Pakistan Senatının müdafiə komitəsinin sədri Müsahid Hüseyn Seyidin başçılıq etdiyi, Pakistan Senatının üzvlərindən ibarət olan nümayəndə heyətini qəbul edib.

Müsahid Hüseyn Seyid Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəsinə ilk səfərini ehtiramla xatırlayan Pakistan Senatının Müdafiə Komitəsinin sədri Ulu Öndərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində gördüyü işləri xüsusi vurğuladı. Müsahid Hüseyn Seyid Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini qeyd edərək seçkilərin nəticələrinin Azərbaycan xalqı və ümumilikdə region üçün uğurlu olacağına əminliyini ifadə etdi. Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinə toxunan Müsahid Hüseyn Seyid Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi yardımlara görə minnətdarlığını bildirdi. Azərbaycan ilə dostluq münasibətlərindən qürur duyduqlarını vurğulayan Pakistan Senatının Müdafiə Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini tam dəstəklədiyini dedi.

Prezident İlham Əliyev Pakistanın bütün siyasi partiyalarının Azərbaycana münasibətdə güclü birlik nümayiş etdirməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı dost və qardaş Pakistanın Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğunu vurğulayaraq hər iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu dedi. Yüksək səviyyəli qarşılıqlı münasibətlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərini xatırlayaraq bu səfərin ikitərfəli əlaqələrimizin daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev qardaş Pakistan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə verdiyi güclü dəstəyi ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında daim qarşılıqlı dəstəyin olmasının və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etməsinin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan İslam Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRFərmanlar16 aprel 2021
14:35
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə...

16 aprel 2021, 14:35
SƏNƏDLƏRFərmanlar16 aprel 2021
14:30
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün ...

16 aprel 2021, 14:30
SƏNƏDLƏRSərəncamlar13 aprel 2021
14:30
2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun ─ üç qrup və bir 1/4...

13 aprel 2021, 14:30