19:20

Azərbaycan Respublikasında təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının iki ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2.5. Mingəçevir Dövlət Universitetinin yaradılması ilə bağlı digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2015-ci il.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə təbriklərimi və xoş arzularımı yetirirəm.
Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizə və...
11 aprel 2025, 17:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və bütün ailə üzvlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan...
10 aprel 2025, 18:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.
Zati-alinizə ən xoş arzularımı bildirirəm.
Bayramınız...
10 aprel 2025, 17:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh,...
10 aprel 2025, 17:25