İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının açılışında iştirak etmişdir

30 dekabr 2010, 13:44

Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binasının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası Bakıda tikilən memarlıq abidələri sırasında xüsusi yer tutur. Özündə böyük tarix yaşadan və möhtəşəm memarlıq quruluşu ilə paytaxta xüsusi yaraşıq verən bu bina hazırda zəngin Azərbaycan mədəniyyətinin bir parçasıdır.

Tarixi araşdırmalar təsdiqləyir ki, XIX əsrin ortalarından Bakıya daha çox alman və isveç əsilli insanlar gəlməyə başlamışlar. Bakıda yaşanan neft bumu ölkəyə xaricdən işçi qüvvəsinin gəlməsi ilə nəticələnir. O dövrdə Bakıda məskunlaşan alman və isveç əsilli insanlar burada dini ibadət üçün bu kilsəni tikmək qərarına gəlirlər. Tarix boyu tolerantlığı ilə nümunə olan xalqımız bu ideyanın həyata keçirilməsində onlara dəstək verir. Beləliklə, 1896-cı ilin martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli qoyulmuş və 1899-cu ildə istifadəyə verilmişdir. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. O vaxtlar bu binanın tikintisinə Nobel qardaşları da diqqət göstərir, odur ki, kilsənin istifadəyə verilməsi mərasimində Bakı qubernatoru ilə yanaşı, Emmanuel Nobelin də iştirak etməsi təsadüfi deyildir.

1900-cü ildə kilsədə orqan quraşdırılır və elə həmin il burada ilk konsert təşkil olunur. Sovet dönəmində bir çox dini ibadət ocaqları kimi, bu kilsənin də fəaliyyəti dayandırılır, bəzi hallarda bina sökülmək təhlükəsi ilə üzləşir. Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir. O vaxtdan keçən dövr ərzində illər bu binada öz izini qoyur. Baxımsızlıq üzündən binanın tavanı demək olar ki, tamamilə yararsız vəziyyətə düşmüşdü. Mebel və inventarların köhnəlməsi isə burada mərasimlərin təşkil olunmasını mümkünsüz etmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işlərinin aparılmasına başlanılmışdır. Mədəni dəyərlərə xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimizin başçısı Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının da təmiri və bərpası haqqında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılmışdır. Bir neçə ay ərzində burada aparılan işlər bu tarixi binanın həyatında mühüm rol oynamışdır.

Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə binada həyata keçirilmiş əsaslı bərpa və yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, uzun illər burada müxtəlif mədəniyyət tədbirləri keçirilmişdir. Bu tarixi bina bir çox möhtəşəm konsertlərə ev sahibliyi etmişdir.

Binada yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı inzibati binaya da baxdı. Bildirildi ki, burada kamera və orqan musiqisi zalının kollektivinin işləməsi və rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır.

Dövlət başçısı və xanımı əsas binada yaradılmış şəraitlə də maraqlandılar.

Qeyd olundu ki, Azərbaycan mütəxəssisləri əsaslı təmir və bərpa işlərini binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirmişlər. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulmuşdur. Məlumat verildi ki, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa etmişlər.

Burada 110 il əvvəl ilk dəfə orqanda ifa olunmuş musiqi - İohann Sebastian Baxın “D Minor Tokkotası”, habelə dünya musiqisinin incilərindən bir neçəsi Azərbaycanın Əməkdar Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rəna İsmayılovanın orqanda ifasında səsləndi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxdılar.

Dövlət başçısı binada görülmüş işlərdən razılığını bildirdi.

SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
16:02
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixl...

17 noyabr 2018, 16:02
SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
11:05
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1258-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikas...

17 noyabr 2018, 11:05
SƏNƏDLƏRQanunlar17 noyabr 2018
10:30
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medalla...

17 noyabr 2018, 10:30
SƏNƏDLƏRFərmanlar16 noyabr 2018
22:39
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD n...

16 noyabr 2018, 22:39
SƏNƏDLƏRQanunlar16 noyabr 2018
22:34
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunverici...

16 noyabr 2018, 22:34
SƏNƏDLƏRSərəncamlar16 noyabr 2018
22:33
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1304-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tar...

16 noyabr 2018, 22:33