16:52

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 677; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141) ilə təsdiq edilmiş “İstiqlal” ordeninin təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. Üçüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin.
2. Dördüncü hissədə:
2.1. ikinci abzasda “27 mm” sözləri “37 mm” sözləri ilə əvəz edilsin, “göy çalarlı” sözlərindən əvvəl “6 qızılı xətli,” sözləri əlavə edilsin;
2.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, 6 maili qızılı zolaqlı, göy çalarlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü təbəqə bərkidilir;”;
2.3. dördüncü abzasda “üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan” sözləri “ölçüsü 37 mm x 10 mm olan 2 ədəd” sözləri ilə əvəz edilsin və abzasa aşağıdakı məzmunda cümlələr əlavə edilsin:
“Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...
13 mart 2025, 12:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
13 mart 2025, 12:26Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında...
13 mart 2025, 11:30PDF yükləyin
12 mart 2025, 12:50