“İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin
Siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 672 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 1 sentyabr 2016-cı il
№ 338
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338
nömrəli qərarı ilə
təsdiq edilmişdir.
İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin
S İ Y A H I S I
1. Publik hüquqi şəxslər.
2. İctimai birliklər və fondlar.
3. Dini qurumlar.
4. Kredit təşkilatları.
5. Sığorta şirkətləri.
6. İnvestisiya fondları.
7. Qeyri-dövlət (özəl) sosial fondlar.
8. Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.
9. Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.
10. Telekommunikasiya xidməti göstərən müəssisələr.
11. Poçt müəssisələri.
12. Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər.
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.