12 avqust 2013, 10:15

Əminə Ələkbərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

“Nabran Holiday Village” istirahət mərkəzində baş vermiş hadisə nəticəsində xəsarət almış ikiyaşlı İmran Cəfərzadənin müalicəsinin Almaniyada uğurla davam etdiyi və vəziyyətinin yaxşılaşdığı barədə məlumatları eşitdikcə, ona göstərdiyiniz yardıma görə Sizə minnətdarlıq edənlərin sayı durmadan artır. Sizin bu körpə balaya lazımi anda böyük kömək göstərməyiniz hamının ürəyincə oldu. Sizin sayənizdə indi onun müalicəsi uğurla davam etdirilir.

Hörmətli cənab Prezident, Siz xalqımıza böyük qayğı göstərirsiniz. Bu qayğı sayəsində bizim maddi vəziyyətimiz, həyat şəraitimiz gündən-günə yaxşılaşır. Bütün bunlara görə bir daha Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Ələkbərova Əminə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xudu Məmmədov küçəsi, 2, mənzil 87.